Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 07:59

İlham Əliyev Receb Tayyib Erdoğanı təbrik edib


Ilham Aliyev

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə dövlət başçısı Receb Tayyib Erdoğana zəng vurub.

AZƏRTAC-ın xəbərinə görə,İlham ƏliyevKonstitusiya dəyişikliklər edilməsi ilə bağlı referendumun uğurla keçirilməsi və əhalinin çoxluğunun bu dəyişikliklərə səs verməsi münasibətilə Türkiyə prezidentini təbrik edib.

Prezident bildirib ki, referendumun nəticələri xalqın prezident Receb Tayyib Erdoğanın siyasətinə verdiyi böyük dəstəyi göstəriri.

Xəbərdə qeyd edilir ki, dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Bu gün, aprelin 16-sı Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Dəyişikliklərdə ölkənin parlament sistemindən prezident idarəçiliyinə keçməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG