Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:41

“Siyəzən məhbuslarına” bəraət istəniləcək


Vəkil Elçin Sadıqov
Vəkil Elçin Sadıqov

2016-cı ilin yanvarında Siyəzən rayonunda qiymət artımına etiraz etdiklərinə görə, həbs olunan 11 nəfər barəsində məhkəmə hökmündən apellyasiya şikayəti hazırlanır.

Bu haqda Azadlıq Radiosuna vəkil Elçin Sadıqov məlumat verib.

E.Sadıqov həbsdəki etirazçılardan 3 nəfərlə - Zaur Şəkərov, Nizami Qəniyev və Coşqun Bəgişovla onların hüquqlarının yuxarı məhkəmə instansiyalarında müdafiə edilməsi ilə bağlı müqavilə bağlayıb.

“Hələlik, həbsdə olan 11 nəfərdən 3-ü ilə müqavilə bağlamışam. Hökmün surətini bizə təqdim ediblər. Tanış olmuşuq. Hesab edirik ki, hökm qanunsuzdur. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməyə şikayət hazırlayırıq”, vəkil deyib.

O, bildirib ki, məhkəmədən sosial tələblərlə etiraz edənlərin hər birinə bəraət verilməsini tələb edəcəklər.

2016-cı ilin yanvarında Siyəzəndə sosial tələblərlə etiraz aksiyası keçirənlərdən 11 nəfər hazırda həbsdədir.

Foto arxiv
Foto arxiv

Həbsdəkilər Fariz Kərimov, Müslim Əzimov, Talib Ağamalıyev, Coşqun Bəgişov, Elçin Əliyev, Zaur Şəkərov, Kamran Abdullayev, Aydın Səfərli, Abasət Süleymanov, Namiq Məstanov və Nizami Qəniyevdir.

Onları Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221- ci (xuliqanlıq), 228-ci (qanunsuz olaraq odlu silah daşıma və gəzdirmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), maddələrlə mühakimə olunublar.

Habelə onlara 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittihamlar verilib.

F.Kərimov, A.Süleymanov, N.Məstanov, C.Bəgişov, T.Ağamalıyev, E.Əliyev, K.Abdullayev, Nizami Qəniyev 4, M. Əzimov, Z.Şəkərov 6,Aydın Səfərli isə 2 il azadlıqdan məhrum edilib.

XATIRLATMA

2016-cı il yanvarın 12-də Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin yerli icra hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb.

Siyəzəndə etiraz aksiyası,13 yanvar, 2016
Siyəzəndə etiraz aksiyası,13 yanvar, 2016

Yanvarın 13-də saxlananların azad edilməsi tələbi ilə yenidən aksiya keçirilib və insident yaranıb.Yenidən bəzi şəxslər saxlanıb. Onlardan 11 nəfər məhkəmə qarşısına çıxarılıb.

Ancaq uzun müddət hüquq-müdafiə təşkilatları saxlananların hamısının müxtəlif inzibati cəzalardan sonra buraxıldığını zən ediblər.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisələr zamanı yaydığı məlumatda bildirilirdi ki, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzən rayonunun bir qrup sakini şəhərin küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil ediblər. Yürüş zamanı hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanıb.

Quba rayon Məhkəməsinin hakimi Elman Əhmədovun sədrliyi ilə bu il martın 29-da keçirilən prosesdə sözügedən 11 nəfərə hökm oxunmuşdu.

Buna da bax: Hüquq müdafiəçisi: 'Siyəzəndə həbs olunanlar siyasi məhbusdur'

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG