Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 05:52

Hesablama Palatası parlamentdə hesabatını açıqlayır


Milli Məclis

Parlament Hesablama Palatasının 2016-cı il üzrə hesabatını qəbul edib.

Palata sədrinin çıxışından sonra hesabatla bağlı bəzi deputatlar fikir bildiriblər. Daha sonra isə hesabat qəbul edilib.

+++

Bu gün, aprelin 14-ü Milli Məclisin iclasında Hesablama Palatasının 2016-cı il üzrə hesabatı müzakirə edilib.

APA-nın xəbərinə görə, qurumun sədri Vüqar Gülməmmədov deyib ki, 2016-cı ildə dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 77 nəzarət tədbiri görülüb. Bunun 12-si analitik təhlil, 65-i də audit yoxlaması olub. Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 19 yoxlama aparılıb.

«Hesabat ilində aparılmış audit ilə ümumilikdə 5 mlrd. 606.5 mln. manat vəsait əhatə olunub. Bunun 3 mlrd. 19.6 mln. manatı dövlət büdcəsinin xərcləri, 277.3 mln. manatı büdcədənkənar fondların vəsaitləri, 2 mlrd. 309.6 mln. manatı isə fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrə olub. Eyni zamanda, hesabat dövründə beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə keçirilmiş nəzarət tədbirləri 87.9 mln. dollar məbləğində vəsaiti əhatə edib», - deyə o bildirib.

BƏZİ QURUMLAR ÖLÇÜ GÖTÜRMƏYİB

V.Gülməmmədov bildirib ki, ötən il 8 istiqamət üzrə 825 nöqsan və pozuntu halına yol verilib: «Hesabat ilində mühasibatlıq, büdcə vəsaitlərindən istifadə və satınalmalar zamanı nöqsanlara daha çox yol verilib. Dövlət satınalmaları sahəsində zəruri sənədlərin təqdim edilməməsi, vəsaitlərin səmərəsiz istifadə və digər pozuntular qeydə alınıb».

2016-cı ildə audit ilə əhatə olunmuş qurumların sayı 155 olub.

Palata sədri daha sonra deyib ki, ötən il audit aparılan qurumlarda 443 nəfər barədə bir sıra intizam-tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı məlumatlar alıblar.

Onun deməsinə görə, bəzi qurumlar nöqsan və pozuntulara yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirlərini tam görməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG