Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 18:01

Trump: “ABŞ-la Rusiya arasında hər şey yaxşı olacaq"


Donald Trump

“ABŞ-la Rusiya arasında hər şey yaxşı olacaq. Lazımi vaxtda hərə özünə gələcək və möhkəm sülh olacaq”.

AzadlıqRadiosunun məlumatına görə, bunu aprelin 13-də ABŞ prezidenti Donald Trump özünün Tvitter səhifəsində yazıb.

Donald Trump bundan əvvəl Vaşinqtonda NATO-nun baş katibi Jens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında demişdi ki, Qərblə Rusiya arasında münasibətlərin yaxşılığa doğru dəyişməsini görmək istərdi.

Trumpun bu bəyanatı ABŞ Dövlət katibi Rex Tillersonun Moskvaya səfərindən sonraya təsadüf edir.

Tillerson Moskvada Rusiyanın xarici işlər naziri Sergei Lavrov və ölkə prezidenti Vladimir Putinlə gprüşüb.

Buna da bax: Trump deyib ki, ABŞ-Rusiya münasibətləri “ən aşağı səviyyədədir”

Günün bütün mövzuları

XS
SM
MD
LG