Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 18:00

PKK Diyarbəkrdəki partlayışa görə cavabdehliyi üzərinə götürdü


Diyarbəkrdə partlayış, 11 Aprel, 2017

Aprelin 11-də Diyarbəkr şəhərindəki polis məntəqəsində törədilən partlayışa görə cavabdehliyi PKK üzərinə götürüb.

Bu barədə AzadlıqRadiosu Reuters və digər Qərb agentliklərinə istinadla xəbər verir.

Aprelin 12-də PKK-nın saytında yerləşdirilən məlumatda PKK yaraqlılarının binanın altına partlayıcı qoyduqları bildirilir.

Həmin partlayış nəticəsində polis əməkdaşı da daxil olmaqla 3 nəfər ölüb.

Qeyd edək ki, Türkiyə, ABŞ və Avropa Birliyi PKK-nı terrorçu təşkilat hesab edirlər.

Diyarbəkr əyalətində əsasən kürdlər yaşayır.

PKK ötən il Türkiyə ilə atəşkəs razılaşmasından çıxdıqdan sonra Diyarbəkr də daxil olmaqla Türkiyədə terror aktlarının artdığı müşahidə olunur.

Yeni terror aktları və toqquşmalarda çoxtəhlükəsizlik qüvvəsi də daxil olmaqla yüzlərlə adam ölüb.

PKK-nın 1984-cü ildən bu yana müstəqillik uğrunda apardığı silahlı mübarizədə ümumilikdə 40 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG