Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 04:44

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mikheil Saakashvili Donbasla Ukrayna arasında divar çəkilməsini təklif edib.

RİA Novostinin aprelin 12-də yaydığı məlumata görə, o bunu özünün Feysbuk səhifəsində yazıb.

“Mən Donbasın işğal edilmiş hissəsi ilə sərhəddə böyük divar çəkilməsi və Ukraynanın qalan hissəsinə cəmləşməyin tərəfdarıyam”,deyə Saakashvili bildirib.

Onun sözlərinə görə Kiyev hələ ki, separatçı bölgələri ilə danışıqlara getməməli, əvəzində ölkənin inkişafı ilə məşğul olmalıdır ki, gələcəkdə Donbasın özü Ukraynaya dönsün.

Saakashvili hesab edir ki, bunu yaxın 5 ildə eləmək mümkündür və onda Ukraynada yaxşı hazırlıqlı ordu olanda, Avropada bu ölkəyə hörmət edəcəklər və Donbas bu divarı, vaxtilə Şəqri Almaniyada olduğu kimi öz əlləri ilə sökəcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG