Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 17:59

Aprelin 12-də BMT-nin Təhlükəsizlik Şurası Suriyadakı kimyəvi hücumla bağlı müstəqil təhqiqatın başladılmasını nəzərdə tutan qətnaməni səsə qoyacaq. Həmin hücumda 87 dinc sakin ölüb və bundan sonra ABŞ Suriyaya raket zərbələri endirib.

Ötən həftə qətnamə müzakirəyə çıxarılıb, amma Rusiya və Çin etiraz edib. Bundan sonra Britaniya, Fransa və Birləşmiş Ştatların diplomatları qətnaməyə yüngül dəyişiklik ediblər.

ABŞ diplomatlarının sözlərinə görə, Rusiya yenə də bu addıma qarşı çıxacaq. Çinin bitərəf qalacağı gözlənilir.

Qətnamədə Suriya hökumətindən tələb olunur ki, Şayrat hava bazasından uçuşlarla bağlı informasiya versin. ABŞ kimyəvi hücum zamanı həmin bazadan istifadə olunduğunu bildirir. Suriya əməkdaşlıq etməzsə, sanksiyalarla hədələnir.

Rusiya bu müddəaları qəbuledilməz adlandırıb. Amma Rusiya prezidenti Vladimir Putin də müstəqil araşdırma aparmağa çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG