Keçid linkləri

2017, 20 Avqust, bazar, Bakı vaxtı 11:45

Ağ evin sözçüsü Hitler söhbətinə görə üzr istədi


Sean Spicer

Ağ evin sözçüsü Sean Spicer Adolf Hitler-in 2-ci Dünya müharibəsi zamanı kimyəvi silahdan istifadə etməməsiylə bağlı dediklərinə görə tənqid olunub.

Ötən həftə Suriya prezidenti Bashar al-Assad qüvvələrinin törətdiyi iddia olunan kimyəvi hücumdan danışan S.Spicer aprelin 11-də deyib ki, «hətta Hitler kimi qəddar adam belə, kimyəvi silahdan istifadə barədə düşünməyib».

Amma nasist liderinin yəhudiləri, siyasi opponentlərini qaz kameralarında boğduğu sirr deyil.

Mətbuat konfransında S.Spicer-i dediklərini aydınlaşdırmağa çağırıblar. «Zarin qazından istifadə olunmayıb. Hitler Assad kimi öz xalqına qarşı qaza əl atmayıb», – o deyib.

S.Spicer daha sonra yazılı bəyanatında qeyd edib ki, Holokostun, Avropada 6 milyon yəhudinin sistematik öldürülməsinin əhəmiyyətini kiçiltmək niyyəti olmayıb. «Yaşayış sahələrinə kimyəvi silah buraxılmasında təyyarələrdən istifadə taktikasını qabartmaq istəyirdim», – S.Spicer vurğulayıb.

O, daha sonra CNN-ə müsahibəsində Holokostla bağlı «qeyri-adekvat» və «qeyri-həssas» sözlərə görə üzr istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG