Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 11:28

Muzdla işləyənlərin sayı nə qədər artıb?


İşsizlər (arxiv fotosu).

Bu ilin fevral ayı ərzində Azərbaycanda muzdla çalışan işçilərin sayının 5,4 min nəfər artdığı bildirilir.

Hər halda bunu Dövlət Statistika Komitəsi (DSK) bildirilir.

DSK məlumatına görə, 2017-ci il martın 1-də ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 515,7 min nəfər olub. Bu, fevralın əvvəlindən 5 min çoxdur.

Buna da bax:​ 3 ayda işləyənlərin sayı 4 minə qədər azalıb

Rəsmi məlumata görə, dövlət sektorunda 886,8 min, qeyri-dövlət sektorunda 628,9 min nəfər çalışır.

Dövlət sektorunda çalışanların sayının 3,8 min, qeyri-dövlət sektorunda isə 1,5 min artdığı bildirilir.

Dövlət Statistika Komitəsinin bir ay əvvəl açıqladığı məlumatda deyilirdi ki, Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 510.3 min nəfərdir. Onlardan 883 min nəfəri dövlət sektorunda, 627,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərdiyi açıqlanırdı.

Buna da bax: 'Bəzi iş yerlərində aylarla maaşlar ödənilmir'

Həmin vaxt iş yerlərinin 4 minə qədər azaldığı bildirilirdi.

2017-ci il yanvarın 1-də isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1514,0 min nəfər göstərilib. DSK-nın bildirdiyinə görə, onlardan 889,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu rəqəmlər prezident İlham Əliyevin aprelin 10-u Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında çıxışı zamanı səsləndirdiyi rəqəmlərlə ziddiyyət təşkil edir..

Buna da bax:​ Ekspert: 'Pambıqçılıq işsizlik problemini həll edən deyil'

Nazirlər Kabinetinin iclasında dövlət başçısı qeyd etmişdi ki, bu ilin 3 ayında Azərbaycanda 85 min yeni iş yeri açılıb: «Birinci rübdə 85 min yeni iş yeri yaradılıb. Onlardan 70 mini daimi iş yeridir. Doqquz min iş yeri bağlanıb. Biz artıq yenə də gözəl mənzərəni görürük. Sevindirici hal ondan ibarətdir ki, iş yerlərinin yaradılması təkcə dövlət sektorunda yox, özəl sektorda da davam edir. Mən əvvəlki toplantıda qeyd etmişdim ki, biz bu il dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaradacağıq. Onlar artıq yaradılıb. Amma 40 mindən çox iş yeri özəl sektorda yaradılıbdır. Bu da iqtisadi inkişafın təzahürüdür».

İqtisadçı isə bu rəqəmə şübhə ilə yanaşırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG