Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 03:46

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədlinin işi üzrə hazırlıq iclası aprelin 13-də saat 10:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində başlayacaq. Prosesə hakim Fikrət Qəribov sədrlik edəcək.

Bu haqda AzadlıqRadiosu-na müxalifətçinin vəkili Əsabəli Mustafayev bildirib.

Vəkil deyib ki, müdafiə tərəfi F.Əhmədlinin barəsində cinayət işinin bəraətverici əsaslarla dayandırılmasına nail olmaq niyyətindədir.

Buna da bax:​ AXCP fəalının istintaqı yekunlaşdı

Prosesin vaxtı barədə müdafiə tərəfinə bilgi verilməyib

Vəkil vurğulayıb ki, məhkəmə iclasının vaxtı barədə ona və F.Əhmədlinin ailəsinə rəsmi məlumat verilməyib.

“Biz məhkəmə iclası barədə təsadüfən bilmişik. Bu gün (11 aprel) Fuad Əhmədli evə zəng edərək bildirib ki, aprelin 13-də məhkəmədir”, - vəkil qeyd edib.

Ə.Mustafayev deyib ki, əgər məhkəmə barədə məlumatı olmasaydı, hazırlıq iclasına dövlət vəkili təyin ediləcəkdi.

Buna da bax:​ AXCP fəalına ittihamlar ağırlaşdırılıb

O qeyd edib ki, məhkəmənin hərəkəti müdafiə tərəfinin imkanlarını məhdudlaşdırır və vəkilin iclasa hazırlaşmasına cəmi 1 gün qalıb.

Xatırlatma

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildiriblər ki, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

Həmçinin bildirilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fetullah Gülenin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.

Martın 6-da F.Əhmədlinin barəsində ittiham ağırlaşdırılıb:

Buna da bax:​ Vəkil: Bu istintaq yox, cəzadır

«Fuad Əhmədli əvvəlcə Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinin birinci bəndləri ilə ittiham verilmişdi. Sonra ittihamlar ağırlaşdırıldı və hər iki maddənin ikinci bəndləri ilə yeni məzmunda ittiham verildi. Fuad Əhmədli heç bir cinayət törətmədiyini, təqsirsiz olduğunu bildirdi», – Ə.Mustafayev deyib.

Əgər əvvəlki ittiham üzrə F.Əhmədlini 3 il həbs cəzası gözləyirdisə, yeni maddələrlə 8 ilədək həbs cəzası gözləyir.

Müdafiə tərəfi ittihamları əsassız adlandırıb. AXCP isə bəyanat verərək bunu onlara təzyiqlərin davamı kimi dəyərləndirib. Hazırda bu partiyanın 10-a yaxın üzvü həbsdədir.

Buna da bax: Fuad Əhmədlinin şikayəti təmin olunmadı

Türkiyənin hakimiyyət orqanları Fethullah Gülen-i ötən ilin iyulunda bu ölkədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırır. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F.Gülen bu ittihamları yalanlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG