Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 14:49

İki gün öncə, aprelin 9-u Xəzərdə tapılan kişi meyitinin itkin neftçilərdən birinə məxsus olduğu bildirilir.

Bu barədə aprelin 11-i xilasetmə işləri ilə bağlı SOCAR və «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin aparıcı mütəxəssislərindən ibarət yaradılan Qərargah məlumat yayıb.

«Aprelin 9-da meyiti aşkar edilən şəxsin «Azneft» İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində «əmtəə operatoru» vəzifəsində çalışmış, 50 yaşlı Cavid Həyatxan oğlu Bəhrəmov olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək»,-deyə məlumatda qeyd edilir.

XATIRLATMA

2016-cı il dekabrın 15-də qasırğa Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin estakadasını uçurması nəticəsində 10 neftçi dənizə düşüb. Onlardan birinin həmin gün, 5-nin isə sonrakı günlər cəsədi tapılıb ailəsinə verilib. Digər neftçilər rəsmən hələ də itkin sayılır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG