Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 14:46

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün, aprelin 10-u Cənubi Osetiyada keçirilmiş seçkilər və referendum ilə bağlı açıqlama yayıb.

Açıqlamada Azərbaycanın Cənubi Osetiyanın müstəqilliyini tanımadığı bəyan edilir.

«Azərbaycan Cənubi Osetiyada keçirilmiş qondarma seçkiləri və referendumun nəticələrini tanımır»,- deyə açıqlamada vurğulanır.

Azərbaycan Xarici İşlər Nazirliyi inanır ki, Cənubi Osetiya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həllindən ötrü danışıqların davam etdirilməsi zəruridir.

Dünən aprelin 9-u Cənubi Osetiyada prezident seçkisi və addəyişmə referendumu keçirilib.

Onlar referendumda Cənubi Osetiyanın adını «Cənubi Osetiya Respublikası – Alaniya dövləti» şəklində dəyişdirmək istəyir.

Cənubi Osetiyanı 2008-ci ildə Rusiya müstəqil ölkə kimi tanıyıb. BMT, Avropa Birliyi və ABŞ onu Gürcüstanın ərazisi sayır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG