Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:56

Türkiyə prezidenti Recep Tayyip Erdoğan yenə də Avropaya qarşı ritorikanı yüksəldib, deyib ki, ölkəsinin Avropa Birliyinə qoşulmaq niyyətinə yenidən baxacaq, Avropa türk xalqına qarşı etdiklərinin bədəlini ödəyəcək.

Aprelin 9-da İzmirdə çıxış edən Erdoğan deyib ki, 16 aprel referendumundan sonra AB-yə üzvlük məsələsinə yenidən baxılacaq. Həmin referendumda Erdoğan-ın səlahiyyətlərini artıracaq dəyişikliklər səsverməyə çıxarılır.

Erdoğan Avropanı «xəstə adam» adlandırıb. Vaxtilə bəzi avropalı siyasətçiləri 19-cu əsrdə çökməkdə olan Osmanlı İmperiyasına belə deyirdilər.

Erdoğan mühafizəkar Ədalət və İnkişaf Partiyasının (AKP) yaradıcılarındandır. O, 2003-cü ildə baş nazir seçilib, 2014-cü ildə bu postdan prezidentliyə keçib. Niyyəti Türkiyəni parlament hökumətindən prezident respublikasına çevirməkdir. Referenduma da bu məsələ çıxarılır. Erdoğan ölkəsində sabitlik yaratmağı hədəflədiyini desə də, tənqidçilər onu hakimiyyəti əlində cəmləşdirməkdə qınayırlar.

İzmirdəki çıxışında Erdoğan deyib ki, Avropada yaşayan türklər əzilir, alçaldılırlar. «Avropa elədiyinin bədəlini ödəyəcək. Allah qoysa, Avropa Birliyinin məsələsinə aprelin 16-dan sonra baxılacaq», – o söyləyib.

Bəzi AB ölkələrinin Türkiyə siyasətçilərinin referendum təbliğatına imkan verməməsi ikitərəfli gərginliyi artırıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG