Norveçin paytaxtı Osloda partlayışa hazırlaşmaqda şübhəli bilinən 1 nəfər həbs edilib.
Bu barədə AzadlıqRadioasu Reuters və digər informasiya agentliklərinə istinadla xəbər verir.
Aprelin 8-də şəhərin mərkəzi rayonlarından birində partlayıcı qurğu aşkar edilib.
Polis onun çox da güçlü olmayan əldədüzəltmə bomba olduğunu müəyyən edib və qurğu zərərsizləşdirilib.
Hazırda istintaq gedir.
Aprelin 7-də İsveçdə 4 nəfərin ölümü, 15 nəfərinsə yaralanması ilə nəticələnən terror aktından sonra Bütün Skandinaviya ölkələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, həmin terroru törətməkdə şübhəli bilinən şəxs yaxalanıbŞ o yük maşınını adamların üzərinə sürüb.
Polis onun əslən Özbəkistandan olduğu bildirilir, amma adını hələ ki, açıqlamayıb.