Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 13:54

Kosmonavt, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Georgi Greçko 86 yaşında vəfat edib


Georgy Grechko

Pilot, mühəndis və kosmonavt, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Georgi Greçko ( Georgy Grechko) aprelin 8-də 86 yaşında vəfat edib.

Bu barədə RİA Novosti məlumat verir.

Georgi Greçko 1931-ci il mayın 25-də keçmiş Leninqrad, indiki Sankt-Peterburq şəhərində anadan olub.

O, kosmosa ilk uçuşunu bort mühəndisi kimi 1975-ci ildə “Soyuz-17” gəmisi ilə edib.

İkinci uçuşunu 1977-1978-ci illərin qışında, üçüncü uçuşunu isə 1985-ci ilin payızında edib.

Ümumilikdə kosmosda 134 gün, 20 saat,58 saniyə olub.

Bir dəfə isə açıq kosmosa çıxıb.

Greçko kosmonavtlar dəstəsindən getdikdən sonra təlimatçı-sınaqçı kosmonavt işləyib.

Sonra isə Elmlər Akademiyasının Atmosfer Fizika İnstitutunun aparıcı elmi əməkdaşı olub.

Bundan başqa o, 1977-1990-cı illərdə “Bu fantastik dünya” televiziya proqramının aparıcısı olub.

O, Sovet İttifaqı Qəhrəmanı ilə yanaşı, 3 başqa medal və digər mükafatlara layiq görülüb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG