Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 06:20

Azərbaycan 6 min kənd təsərrüfatı texnikası alır


Traktorlar

Azərbaycan xaricdən 6 min ədəd kənd təsərrüfatı texnikası alır. Həmin texnikaların 5 faizi, artıq alınıb, “Aqrolizinq” ASC təchizat bazasına çatdırılıb.

Bu haqda Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat verir.

Buna da bax:​ Kəndlilərə bildiriş gəlib: ' Torpağı ək, yoxsa…'

Məlumatda deyilir ki, ilin əvvəlindən 115 traktor, pambıq və şəkər çuğunduru becərilməsindən ötrü 973 müxtəlif texnika gətirilərək kənd təsərrüfatı istehsalçılara verilib.

Kənd təsərrüfatı texnikası əsasən pambıq istehsalı ilə məşğul olan şirkətlərin sifarişləri əsasında alınır.

Buna da bax:​ Ölkəyə yeni, ABŞ istehsallı pambıqyığan kombaynlar gətirilir

Bu tələbata əsasən, 150 pambıqyığan maşının, 1270 müxtəlif markalı şum və becərmə traktorunun, 4 min 182 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikasının gətirilməsi nəzərdə tutulub.

Bir sıra kənd təsərrüfatı texnikası növlərinin isə Gəncə Avtomobil zavodu və “Kaspi-Yildiz” Azərbaycan-Türkiyə birgə müəssisəsində yığıldığı bildirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG