Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:22

'Qətl günü' Türkiyədə çıxdı


Kitab
Kitab

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, kitab 2016-cı ildən başladılan «Azərbaycan Kitabının Dünyada Tanıdılması» (AKDT) layihəsinə əsasən nəşr edilib.

Türkiyənin «Sevinç Fırat Zengin Yayıncılık» nəşriyyatı ilə əldə olunmuş razılığa əsasən, 2016-cı ildən seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi gerçəkləşdirilir.

Yusif Vəzir Çəmənzəminlinin «Qan içində. İki od arasında», Cəlil Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» kitablarının ardınca Xalq yazıçısı Yusif Səmədoğlunun «Qətl günü» romanı türkiyəli kitabsevərlərin ixtiyarına verilib.

Xəbərdə vurğulanır ki, Azərbaycan əsilli, tanınmış şair-yazıçı Yurtseven Şen-in türkcəyə çevirdiyi «Qətl günü» romanı qardaş ölkədə maraqla qarşılanıb.

Yusif Səmədoğlunun humanist ideyalar aşılayan «Qətl günü» tarixi-psixoloji romanı Azərbaycan nəsrinin dəyərli nümunəsidir. Əsərdə 3 müxtəlif dövrün ictimai-siyasi mühiti və bu dövrlərdə yaşayan insanın faciəsi magik realizm üslubunda qələmə alınıb. Ədəbiyyatşünaslar «Qətl günü» romanını Azərbaycan nəsrinin yeni mərhələsi sayırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG