Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:00

Dağlıq ərazilərdə qar gözlənir


Yağış

Aprelin 8-i Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Ancaq gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 5-9, gündüz 15-20, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da yağış, şimşək gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 3-8, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti təxmin edilir.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, aprelin 9-u axşam qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 11-i gündüzədək qeyri-sabit keçəcəyi gözlənilir. Həmin müddətdə arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 4-7 dərəcə aşağı enəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG