Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 10:51

Rostovdakı partlayış məişət münaqişəsi zəmnində baş verib


Foto arxiv

Rusiyanın Milli antiterror komitəsi Rastov-Dondakı partlayışın səbəbini açıqlayıb.

RİA Novosti-nin məlumatına görə, insidentə səbəb məişət münaqişəsi olub.

Xzatırladaq ki, aprelin 6-da bir nəfər kişi 5 saylı orta məktəbin ətrafına atılmış fənəri götürüb yandırarkən partlayış baş verib.

Hazırda o ağır xəsarətlə xəstəxanadadır.

Sonradan məlum olub ki, o, gözətçi imiş.

Partlayış anı müşahidə kamerasına düşüb.

Məlumata görə partlayıcı maaddəni xəsarət alanın yoluna, onun yaxın tatışlarından biri atıb.

Sonradan onların arasında münaqişə yarandığı bildirilir.

Hazırda o, həbsdədir.

İstintaq komitəsi bunun terror aktı olmadığını bildirir.

Faktla bağlı ümumi cinayət maaddəsi ilə iş açılıb.

XS
SM
MD
LG