Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 11:30

BMT Suriya səsverməsini ertələdi


BMT Təhlükəsizlik Şurası

Aprelin 6-da BMT-nin Təhlükəsizlik Şurası Suriyanın şimalına kimyəvi silah hücumunu pisləyən qətnamənin səsə qoyulmasını ertələyib. Səbəb qətnamənin mətni üzərində razılığa gəlinməməsidir.

Qərb ölkələri 86-dan çox adamın həyatına son qoymuş həmin hücuma görə prezident Bashar al-Assad qüvvələrini suçlasa da, hökumət bunu danır.

ABŞ, Britaniya və Fransa hücumu pisləyən, Suriyanı beynəlxalq təhqiqatçılarla əməkdaşlığa çağıran qətnamə təklif ediblər. Amma Rusiya bu mətni qəbuledilməz adlandırıb və alternativ qətnamə irəli sürüb.

Şuranın 15 üzvündən 10-u Qərb dövlətlərinin mətninə söykənən kompromis qətnamə təklif edib.

Təhlükəsizlik Şurasında qətnamənin qəbulundan ötrü 9 səs lazımdır və 5 daimi üzvdən istənilən biri ona veto qoya bilər. Bu üzvlər Birləşmiş Ştatlar, Böyük Britaniya, Fransa, Rusiya və Çindir.

Günün bütün mövzuları

XS
SM
MD
LG