Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 08:23

Serbiyada etirazlar davam edir


Belqradda etiraz aksiyası

Serbiyanın paytaxtı Belqradda və digər şəhərlərdə minlərlə gənc aprelin 6-da axşam etiraz aksiyasına toplaşıblar. Onlar artıq 4-cü gecədir baş nazir Aleksandar Vucic-in prezident seçilməsinə etiraz edirlər.

Əsasən kollec tələbələrindən ibarət etirazçılar Belqradın mərkəzi küçələrində bir neçə saatlıq yürüş keçirib, fit çalıb, «Diktaturaya yox!», «Azad media!», «Ucuz əmək istəmirik!» şüarları səsləndiriblər. Onlar dövlət televiziyasının binası qarşısında sallağı oturaraq, özlərinin dediyi kimi, qərəzli xəbərçiliyə etiraz ediblər.

Müxalifət qrupları aprelin 2-də keçirilən seçkidə böyük pozuntuların baş verdiyini, medianın susdurulduğunu, seçicilərin qorxudulduğunu, rüşvət verildiyini deyirlər.

Aprelin 7 və 8-nə də etiraz aksiyaları planlaşdırılır.

Vucic səslərin 55 faizini toplayıb. O, ölkəsinin həm Avropa Birliyinə üzvlük əldə etməyə, həm də Rusiyayla dost münasibətləri saxlamağa çalışacağını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG