Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 05:52

Moskvanın mərkəzində “Piter-biz səninləyik” şüarı ilə aksiya keçirilir


Moskvada aksiya. 6 Aprel, 2017

Moskvanın mərkəzində “Piter-biz səninləyik” şüarı ilə aksiya keçirilir.

Şəhər meriyası bildirib ki, bu siyasi aksiya olmadığından icazə almaq lazlm deyil.

Bu barədə AzadlıqRadiosunun Rusiya xidməti məlumat yayıb.

Aksiyanı Moskva həmkarlar ittifaqı federasiyası təşkil edib.

Sosial şəbəkələrdə gənclər təşkilatlarını aksiyaya çağıran səhifə və büdcə təşkilatlarının rəhbərlərinə məktub yerləşdirilib, həmçinin iştiraka görə 400 rubl vəd olunur.

Məlumata görə, Permdə də büdcə təşkilatlarının rəhbərlərinə aksiyaya 20-25 nəfər gətirmək tapşırılıb, hansı ki, bu şəhərdə rəsmi aksiya elan edilməyib.

Həmçinin aprelin 6-da Vladivostokda “Piter-biz səninləyik” şüarı ilə mitinq keçirilib.

Aksiyada 2 minədək adam iştirak edib.

Sankt-Peterburqun özündə də qubernator Georgi Poltavçenkonun çağırışı ilə mitinq keçirilməlidir.

Aprelin 3-də Sankt-Peterburq metrosunda törədilən partlayışda 14 nəfər ölüb,50-dən çox adam yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG