Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 16:53

MN: ‘Tərtərin Qapanlı kəndi atəşə tutulub’


Cəbhə bölgəsində atəşə tutulmuş kənd evi.(arxiv fotosu).

Azərbaycan Müdafiə Nazirliyi, aprelin 6-sı günün ikinci yarısı cəbhədəki vəziyyətlə bağlı yeni məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

“Aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib”, - deyə məlumatda qeyd edilir.

Buna da bax:​ İlham Əliyev Rusiyanın Qarabağla bağlı səylərini yüksək qiymətləndirir

Müdafiə Nazirliyi qarşı tərəfə adekvat cavab verdiyini bildirir.

Müdafiə Nazirliyinin günün birinci yarısı yaydığı ənənəvi məlumatda isə qeyd edilirdi ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 112 dəfə pozublar.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Buna da bax: ATƏT danışıqlara yeni təkan veriləcəyinə ümid edir

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG