Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 08:04

Qadın astronavt kosmosda rekord müddətə qalacaq


Peggy Whitson (sağda) BKS-da onu əvəzləyəcək astronavt Pam Melroy-u salamlayır. 2007

Dünyanın ən təcrübəli qadın astronavtın kosmosda qalma müddəti 3 ay da uzadılıb.

NASA bildirib k, 57 yaşlı Peggy Whitson Beynəlxalq Kosmik Stansiyada sentyabradək qalacaq. O, iyunda qayıtmalıydı. NASA və Rusiya Kosmik Agentliyinin imzaladığı razılaşmaya görə, Whitson bir də payızda «Soyuz» raketində dönəcək.

Bununla da o, kosmosda 10 aya yaxın müddət keçirməli olacaq. P.Whitson onsuz da fəzada istənilən qadın astronavtdan çox qalmışdı.

Aprelin 24-də Whitson ABŞ-da yeni rekorda imza atacaq –üst-üstə fəzada 534 gün keçirmiş olacaq.

Biokimyaçı olan Whitson Ayova ştatında fermer ailəsində böyüyüb, 1996-cı ildə astronavt olub. O, 2009-2012-ci illərdə NASA-nın baş astronavtı vəzifəsində çalışıb və həmin postda ilk qadın tituluna da yiyələnib.

Günün bütün mövzuları

XS
SM
MD
LG