Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 06:38

Qırmızı Xaç həkimi İlqar Məmmədovu müayinə edib


Həbsə aparan yol - İlqar Məmmədov
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

Həbsə aparan yol - İlqar Məmmədov

«REAL sədri İlqar Məmmədov axşamüstü zəng eləmişdi, dünən (aprelin 5-i) Qırmızı Xaç Komitəsinin göndərdiyi həkimi onu ziyarət edib».

Bunu AzadlıqRadiosuna REAL Hərəkatının icra katibi Natiq Cəfərli bildirib.

Onun deməsinə görə, İ.Məmmədovla bağlı kəskin osteoxondroz (fəqərə sütunu xəstəliyi) diaqnozu da təsdiqini tapıb.

N.Cəfərli bildirib ki, xəstəliyin müalicəsi ilə bağlı həkim öz tövsiyələrini də verib: «Həkim belə ağrılar zamanı dərmanlarla müalicədən daha vacib yataq və qidalanma sisteminin diaqnoza uyğun gözlənilməli olduğunu bildirib. İ.Məmmədovun saxlandığı şəraitdə, yəni indiki şəraitdə isə bunun mümkünsüzlüyünü deyib».

N.Cəfərli bildirib ki, dərmanlarla ancaq ağrıları azaltmaq olar. İndi ağrıları azalıb, amma tamamı ilə keçməyib.

Bundan əvvəl Penitensiar Xidmətin həkimləri də İ.Məmmədovu müayinə etmişdilər. Onlar da eyni diaqnozu qoymuşdular. İ.Məmmədov isə xaricdən gətirilən həkimin onu müayinə etməsini istəyirdi.

Penitensiar Xidmət isə qanuna uyğun şəkildə buna etiraz etməmişdi.

XATIRLATMA

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG