Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 06:50

Saytlara təzyiq yoxsa saytlar doğrudan da jurnalistika qaydalarına məhəl qoymurlar?

Mətbuat Şurası son iclasında qərar verdi k, iki sayt barəsində ciddi tədbirlər görüləcək. Həmin saytlar jurnalistika prinsiplərini pozmaqda günahlandırılır.

Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli deyir ki, Mətbuat Şurası özünütənzimləmə qurumu olduğu üçün zaman-zaman media qurumlarına tövsiyyələr və iradlar bildirə bilər. Amma ekspert bildirir ki, bu sistematik olaraq media azadlığının məhdudlaşdırılmasına yönəlirsə bu zaman bunu basqı vasitəsi kimi görmək lazımdır.

Ələsgər Məmmədlinin sözlərinə görə bəzən bu tövsiyyələrin bəlli bir kateqoriyaya yönəldilməsi onu deməyə əsas verir ki, müstəqil və ya müstəqil olmaq istəyən qurumları daha çox hədəfə alır. Ekspert bildirir ki, bu kimi hallarda Mətbuat Şurası daha çox özünütənzimləmə qurumu kimi deyil, qurum senzoru rolunda çıxış edir. Ələsgər Məmmədlinin sözlərinə görə Mətbuat Şurasının hansısa saytların adlarını Baş Prokurorluğa göndərərək həmin saytlar haqqında tədbirlərin görülməsini tələb etməsi onun funksiyasına aid olmasa da son vaxtlar qurumun belə addımlar atması media azadlığına basqıdır.

Ələsgər Məmmədli: "müstəqil və ya müstəqil olmaq istəyən qurumları daha çox hədəfə alır"
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev Mətbuat Şurasının prinsiplərini anlamaqda çətinlik çəkdiyini deyir. Onun sözlərinə görə 2011-ci ildən sonra şuranın hesabatları dərc olunmur. Mehman Əliyev bildirir ki, Mətbuat Şurasının saytları, media orqanlarını necə izlədiyi aydın deyil.

Media rəhbəri deyir ki, Azərbaycanda media orqanlarına nəzər salsaq, onların əksəriyyəti hökumətyönümlüdür. Mehman Əliyev bunu ciddi pozuntu adlandırır və Mətbuat Şurasını bu pozuntunu aradan qaldırmağa çağırır. Onun sözlərinə görə əslində Mətbuat Şurasının üzvləri özləri prinsipləri pozurlar və hakimiyyətin tərəfini tuturlar. Bu səbəbdən onlardan obyektiv qərar gözləmək doğru olmaz.

Mehman Əliyev: "Şura o pozuntunu aradan qaldırsın"
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00
Direct-ə keçid

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin sözlərinə görə media qurumlarının etik standartlarının pozulması ilə bağlı məsələləri tənzimləmək Mətbuat Şurasının nizamnaməsinə uyğun olan missiyasıdır. Müşfiq Ələsgərli deyir ki, Mətbuat Şurası qaydaları pozan media orqanları barədə ancaq rəy verir. Onun sözlərinə görə həmin rəylər media orqanlarının fəaliyyətinin məhdudlaşması kimi nəticələrə gətirib çıxarmır. Bunlar sadəcə tövsiyyə xarakterli rəylərdir.

Müşfiq Ələsgərli bildirir ki, Mətbuat Şurası media orqanlarının məhkəməyə qədər mübahisələrin həlli ilə məşğul olur. Onun sözlərinə görə bu həmin media qurumlarının özləri üçün faydalıdır. Onun sözlərinə görə həmin məsələlər və mübahisələr Mətbuat Şurası çərçivəsində həllini tapmırsa sonradan həmin media qurumları məhkəmə çəkişmələri ilə üzləşir

Müşfiq Ələsgərli: "bu, həmin media qurumlarının özləri üçün faydalıdır".
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00
Direct-ə keçid

Günün bütün mövzuları

XS
SM
MD
LG