Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 06:15

Mitinqə müsavatçılar və REAL üzvləri də qoşulacaq


Bakıda mitinq.

Milli Şuranın aprelin 8-də Bakıda «Talana son!», «Monarxiyaya yox!», «Siyasi məhbuslara azadlıq!» şüarları ilə keçirilməsi planlaşdırılan mitinqinə Müsavat Partiyası və REAL Hərəkatının üzvlərinin fərdi qaydada qatılacaqları gözlənilir.

Bu barədə həmin qurumların rəhbər şəxsləri AzadlıqRadiosuna deyiblər.

«Müsavat Partiyasının üzvləri kütləvi aksiyalarda iştirak etməkdə sərbəstdir. Təşkilat olaraq iştirakımız barədə isə bizə müraciət olunarsa, müzakirə edəcəyik». Müsavat Partiyasının başqanı Arif Hacılı belə deyib.

REAL Hərəkatının icra katibi Natiq Cəfərli də qeyd edib ki, REAL üzvləri aksiyada fərdi qaydada iştirakda tam sərbəstdirlər. «Yəqin ki, iştirak edənlər olacaq. Amma təşkilat kimi REAL ancaq öz aksiyalarında iştirak edir. Yəni, təşkilat kimi iştirak etməyəcək», - deyə o qeyd edib.

XATIRLATMA

Demokratik Qüvvələrin Milli Şurası martın 29-u Bakıda mitinq keçirmək haqqında qərar vermişdi. Mitinqin aprelin 9-da keçirilməsi planlaşdırılırdı.

Ancaq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şurasının həmin tarixdə mitinq keçirməsini uyğun hesab etməmiş, aksiyanın aprelin 8-də keçirilməsini istəmişdi. Bunun ardınca Milli Şura aprelin 9-na təyin etdiyi mitinqi bir gün tez - aprelin 8-nə keçirib.

Bununla belə, Milli Şuradan bildirilib ki, şəhər rəhbərliyinin aprelin 9-u aksiyaya icazə verməməsi ilə bağlı məhkəməyə müraciət ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG