Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:30

NATO Polşaya əlavə 1300 əsgər və 286 hərbi texnika atdı


Foto arxiv

NATO aprelin əvvəllərində Polşanın şimal-şərqindəki“Ojiş” bazasında 1300 əsgər yerləşdirib.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Hərbçilərlə yanaşı bazaya piyadaların döyüş maşını, “Şakal” və “Koyot” tipli kəşviyyat maşınları və digər hərbi maşınlar da daxil olmaqla 286 hərbi texnika atılıb.

Məqsəd NATO-nun şərq cinahında təhlükəsizliyi güclndirməkdir.

Bu hərbçilər ABŞ, Böyük Britaniya və Rumınyadandır.

NATO ümumilikdə Polşa və Baltik ölkələrində 4000 hərbçi yerləşdirməlidir.

Komandalıq bildirir ki, bu tədbir, Rusiyanın Krımı özünə birləşdirməsi və Ukraynanın şərqində-Donbasdakı hərbi əməliyyatlarla bağlıdır.

NATO rəhbərliyi müttəfiqlərini sakitləşdirmək üçün 3 Baltik ölkəsi və Polşaya batalyon göndərmək qərarına gəlib.

Rusiya NATO-nun şərqə doğru genişlənməsini birbaşa özünə təhlükə sayır.

Moskva həmçinin Ukraynadan ilhaq etdiyi Krım və Kalininqrad vilayətində hava hücumlarından müdafiə sistemləri və hərbi qüvvələr yerləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG