Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 08:13

Mariya Gaydar Ukrayna prezidentinin müşaviri oldu


Maria Gaidar

Ukrayna prezidenti Petro Poroshenko Mariya Gaydarı özünə müşavir təyin edib.

Bu barədə aprelin 5-də TASS agentliyi Poroshenkonun mətbuat xidmətinə istinadla xəbər verir.

Odessa vilayətindən deputat olan 34 yaşlı Mariya, Rusiya bazar iqtisadiyyatının banisi, Rusiyanın keçmiş baş naziri Yeqor Qaydarın qızıdır.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, müvafiq fərman martın 28-də verilib.

Mariya Gaydarı işə hələ 2015-ci ilin iyulunda Odessa Vilatətinin qubernatoru Mikheil Saakashvili dəvət edib.

O, həmin vaxt Saakashvilinin müavini işləyib.

2015-ci il avqustun 4-də Poroshenko Mariya Gaydara Ukrayna vətəndaşlığı verilməsi barədə fərman imzalayıb və ona Ukrayna pasportu təqdim edib.

Amma Mariya 2016-cı ilin mayında eyni vaxtda Rusiya vətəndaşı da olduğundan, işdən getməli olub.

Çünki yeni qanuna görə məmur və ya vəzifəli şəxs yalnlnız Ukrayna vətəndaşı olmalıdır.

Amma Mariya Gaydar deputat kimi fəaliyyətini davam etdirir.

Rusiya daxili işlər nazirliyinin məlumatına görə, Mariya Gaydar bundan sonra vətəndaşlıqdan çıxmaqla bağlı rəsmi şəkildə nazirliyə müraciət edib və bunun səbəbini Ukrayna vətəndaşlığı olması və bu ölkədə yaşamaq istəməsi ilə izah edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG