Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:03

Təhlükəli kimyəvi hücumda azı 58 nəfər həlak olub (Video)


Suriyada təhlükəli kiyəvi hücumda azı 58 nəfər həlak olub
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Suriyada təhlükəli kiyəvi hücumda azı 58 nəfər həlak olub

Suriyada dinc əhaliyə kimyəvi hücum olduğu ehtimal edilir.

Hücum nəticəsində azı 58 adam ölüb. Ölənlərdən 11-i uşaqdır. Bu hadisə ölkənin şimalında, üsyançıların nəzarətində olan İdlib regionunda olub.

İnsan Haqları üzrə Suriya Müşahidə təşkilatının məlumatına görə, aprelin 4-də Xan Şeyxun məntəqəsinə Suriya hökumətinin və ya Rusiya təyyarələrinin zərbələrindən sonra onlarla insanın nəfəs yollarında problemlər yaranıb.

Təşkilatın məlumatına görə, onların bəzilərinin ağzından köpük gəlməyə başlayıb.

Suriyanın Bashar Assad hökuməti kimyəvi silahdan istifadə etməsini inkar edir və öz növbəsində üsyançıları qadağan olunmuş silahdan istifadədə ittiham edir.

Rusiyanın müdafiə nazirliyi isə onların təyyarələrinin Xan Şeyxun ərazisində heç bir hava əməliyyatları aparmadığını deyir.

Fransa höküməti aprelin 4-də hücumla bağlı BMT-nin təcili toplantısını çağırıb. Fransanın xarici işlər naziri bu hadisəni “iyrənc akt” adlandırıb.

Türkiyə mənbələri yazır ki, prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində bu hadisəni sülh danışıqlarına kölgə sala biləcək "qeyri-insani" hücum kimi qiymətləndirib.

Məlum hücum aprelin 5-də brüsseldə Suriya və regionun gələcəyi haqqında beynəlxalq konfrans ərəfəsində gerçəkləşdirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG