Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 16:58

Sabahattin Ali'nin İranda çap olunan romanında "öpmək" felləri senzura olunub


Sabahaddin Ali.

İranın Mədəniyyət və İsmai İrşad Nazirliyi türk yazıçısı Sabahattin Ali'nin məşhur "Xəz paltolu madonna" romanına senzura tətbiq edib. Bu haqda Türkiyədə çıxan "Hürriyət" qəzetinə kitabın tərcüməçisi Təbrizdən olan Zeynəb Abdi Golzar özü bildirib. Nazirlikdən kitabın tərcüməçisi Zeynəb Abdi Golzara deyiblər ki, kitabdakı "öpmək" fellərini çıxarmaq şərtilə kitabı çap etməyə icazə veriləcək. Kitabı türkcədən farscaya çevirən Golzar, kitabın 71-ci səhifəsində "Onu çılpaq kürəyindən öpdü" cümləsini "Dodaqlarını onun çılpaq kürəyinə yaxınlaşdırdı" ilə dəyişdirməyə məcbur olub.

Buna da bax: 'Adamın utandığından oxumaq istəmədiyi' nədir?

Zeynəb Abdi Golzar deyib ki, o Sabahattin Alinin 1943-cü ildə çap etdirdiyi, türk ədəbiyyatının ən gözəl romanlarından olan "Xəz paltolu Madonna"nı gözəl bir sevgi hekayəsindən bəhs etdiyi, həmçinin axıcı dili və ədəbi zənginliyinə görə farscaya tərcümə etməyə qərar verib. O kitabı tərcümə edib bitirəndən sonra İrandakı nəşriyyata göndərib. Nəşriyyat isə öz növbəsində İran qanunlarına uyğun olaraq tərcüməni senzura üçün İran Mədəniyyət və İslami İrşad Nazirliyinə yollayıb. Nazirliksə kitabın çapına kitabdakı "öpmək" fellərini çıxarmaq şərtilə razılıq verib.

Tərcüməçi bildirib ki, kitabın bəzi yerlərində "öpdü" yerinə "dodağını yaxınlaşdırdı" ifadəsini işlətsə də, bəzi yerlərdə cümləni tamamilə mətndən çıxarmalı olub. Məsəlçün, Zeynəb Abdi Golzar kitabın 120-ci səhifəsindəki "Üzünü yanağına qoydu" və ya kitabın başqa bir yerində "Bir az içdikdən sonra sərxoş olmuşdu, isti nəfəsi üzünə dəydi" kimi ifadələri heç cür dəyişdirmək mümkün olmadığı üçün mətndən çıxarmağa məcbur olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG