Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 20:10

Müdafiə naziri Səudiyyə Ərəbistanına gedib


Zakir Həsənov

Bu gün, aprelin 4-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Səudiyyə Ərəbistanı krallığına yola düşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, səfər çərçivəsində Z.Həsənov Səudiyyə Ərəbistanı kralı Salman bin Abdulaziz Al Saud, krallığın vəliəhdinin varisi, baş nazirin müavini, müdafiə naziri şahzadə Mohammad bin Salman Al Saud və digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.

Görüşlər zamanı iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG