Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 14:57

Azərbaycan-Qazaxıstan sənədləri imzalandı


N.Nazarbaev və İ.Əliyev

Aprelin 3-də prezident İlham Əliyevin Qazaxıstanlı həmkarı Nursultan Nazarbaev ilə məhdud və geniş tərkibdə görüşündən sonra Azərbaycan-Qazaxıstan arasında sənədlər imzalanıb.

AZƏRTAC-ın xəbərinə görə, öncə iki ölkə başçısı Birgə Bəyannamə imzalayıblar.

Daha sonra logistika və dəmiryol nəqliyyat maşınqayırması sahəsində strateji əməkdaşlıq haqqında saziş imzalanıb.

Tərəflər «Azərbaycan və Qazaxıstan hökumətləri arasında ikiqat vergitutma sahəsində sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında protokol»u da təsdiqləyiblər.

İki ölkə arasında beynəlxalq avtomobil əlaqələri haqqında saziş də imzalanıb.

İki ölkənin xarici işlər nazirlikləri arasında da 2017-2018-ci illər üzrə əməkdaşlıq proqramı təsdiqlənib.

Daha bir imzalanan sənəd isə bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq sazişi olub.

Mərasimin sonunda Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata birgə bəyanatla çıxış ediblər.

+++

Aprelin 3-də Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan dövlət başçısı Nursultan Nazarbaev-in məhdud tərkibdə görüşü olub.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Görüşün detalları ilə bağlı, hələlik, məlumat verilmir.

Qazaxıstan prezidenti N.Nazarbaev aprelin 2-si Azərbaycana gəlib. Aprelin 3-ü o, Şəhidlər xiyabanını ziyarət edib və Bakı şəhərinə yüksəklikdən tamaşa edib.

Daha sonra onun rəsmi qarşılanma mərasimi keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG