Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 11:40

Moskvada 29 aksiyaçı saxlanıb


Moskva polisi etirazçıları tutur. 2 aprel, 2017

Moskva polisi aprelin 2-də 29 aksiyaçını saxlayıb.

Bu barədə AzadlıqRadiosunun Rusiya xidməti, France-Press və TASS agentlikləri məlumat yayıb.

Onlar ictimai asaişi pozmaqda ittiham olunurlar.

Qeyd edək ki, bu etiraz aksiyası bir həftə əvvəl müxalifət lideri Aleksei Navalny-nin təşkil etdiyi aksiyalardan bir həftə sonraya təsadüf edir.

Həmin aksiyalarda ümumilikdə 1000-dən çox adam saxlanmışdı.

Navalny-nin özü hazırda həmin aksiyalara görə 15 sutkalıq həbs çəzası çəkir.

Navalny bu aksiyadan xəbərsiz olduğunu deyir.

“O, ümumiyyətlə bu barədə heç nə bilmir” Navalny-nın mətbuat katibi Kira Yarmış Tvitterdə yazır.

Martın 26-də keçirilən aksiyalar son 5 ildə ölkədə korrupsiyaya əleyhinə ən böyük etiraz hesab olunur.

Rusiya hakimiyyəti aprelin 1-də korrupsiya əleyhinə icazısiz etirazlara çağıran bir neçə nəfərə qarşı cinayət işi açıldığını bəyan eləmişdi.

Məlumatlara görə hakimiyyət etirazlara çağıran bir sıra internet-saytlara girişi bağlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG