Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 09:15

Avropa Birliyi Şurasının prezidenti Donald Tusk Böyük Britaniyanın birlikdən çıxmasıyla bağlı danışıqların qaydalarını yayacaq.

Tusk martın 31-də həmin qaydalarla bağlı təklifləri birliyin 27 üzv ölkəsinə göndərəcək.

Layihədə gələn iki il ərzində baş tutacaq çətin danışıqlarla bağlı qalan AB üzvlərinin siyasi prioritetləri əksini tapmalıdır.

AB liderləri aprelin 29-da keçiriləcək sammitdə qaydaları qəbul etməlidirlər.

Britaniyanın baş naziri Theresa May martın 29-da AB-yə məktub göndərərək Britaniyanın qurumdan çıxmaq niyyətini açıqlayıb. Bununla da «Brexit» prosesinə təkan verilib.

Almaniya və Fransa bildiriblər ki, Böyük Britaniya birliyi tərk etməmişdən öncə şərtləri razılaşdırmalıdır ki, yeni münasibətlərin necə davam edəcəyi bəlli olsun. London isə danışıqların paralel aparılmasını istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG