Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 00:38

NATO Moldovanın paytaxtı Kşinauda ofis açır


Jens Stoltenberg və Pavel Filip

NATO yaxın vaxtlarda Moldovanın paytaxtı Kşinauda ofis açacaq.

TASS-ın martın 30-da yaydığı məlumatına görə, bunu alyansın baş katibi Jens Stoltenberq Moldovanın baş naziri Pavel Fliplə Brüsseldə görüşdükdən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Biz Moldova hakimiyyətinin istəyi ilə Kşinauda tezliklə ofis açacağıq. Bu mülki heyətdən ibarət kiçik diplomatik missiya olacaq və yalnız ölkədə keçiriləcək islahatlara kömək etməklə məşğul olacaq”, deyə Stoltenberq vurğulayıb.

Stoltenber qeyd edib ki, Alyansın Rusiya da daxil olmaqla digər ölkələrdə də bu cür ofisləri var.

Moldovanın baş naziri Pavel Filip artıq ofisin bu ilin yayınadək açılacağına ümidlə yanaşdığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG