Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 23:19

Hüquq müdafiəçisi: 'Böhran cinayətkarlığı artırır'


İ.Əliyev pambıq plantasiyasında.

Ölkədə pambıqçılığın inkişafı, cəzaçəkmə müəssisələrində durum, pensiyaçıların yaşayışı və kirayə mənzillərin bahalanması bu gün medianın aparıcı mövzusudur...

PAMBIQÇILIĞIN İNKİŞAFI

«Azərbaycan» qəzetində «Pambıqçılığın inkişafında dönüş mərhələsi başlayıb» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, ki, ixracyönümlü məhsulların istehsalı ölkə qarşısında əsas vəzifə olaraq dayanır. Bu istiqamətdə son illər zəruri tədbirlər həyata keçirilir: «Prezident İlham Əliyevin sədrliyi ilə Saatlıda pambıqçılığın inkişafı məsələlərinə həsr edilən ikinci respublika müşavirəsinin keçirilməsi dövlətin bu sahəyə olan diqqət və qayğısını bir daha göstərdi».

Yazıda qeyd edilir ki, ölkədə pambıqçılığın inkişafı XX əsrin 70-80-ci illərində keçmiş prezident Heydər Əliyevin adı ilə bağlıdır.

Müəllif vurğulayır ki, H.Əliyev siyasətini davam etdirən dövlət başçısı İ.Əliyev qeyri-neft sektorunun, o cümlədən pambıqçılığın inkişafına xüsusi qayğı göstərir.

Müəllif yazıda pambıqçılığın əhəmiyyətindən bəhs edərkən İ.Əliyevin müşavirədə səsləndirdiyi fikirlərdən sitatlar da gətirir: «Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilib. Bu il bu rəqəm daha da böyük olacaq».

Həbsxana
Həbsxana

YENİ CƏZA EVLƏRİ TİKİLİR

«Exo» qəzetində «Hüquq müdafiəçisi: Azərbaycan həbsxanaları həddən artıq yüklənib, yeniləri lazımdır» sərlövhəli məqalə oxumaq olar.

Yazıda Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalovun fikirlərinə yer verilir.

«Keçən il həbs olunanların sayı yol verilən limitə çatmışdı. Amma parlament bu həddi azalda bildi (hüquq müdafiəçisi son Amnistiya aktının qəbul edilməsini nəzərdə tutur). Bu isə müvəqqəti idi. Yeni həbsxanalar lazımdır. Əks halda cəza siyasəti dəyişməlidir»,-deyə o qeyd edib.

E.Zeynalov hesab edir ki, yalnız ağır cinayətlərə görə azadlıqdan məhrumetmə cəzaları verilməlidir.

Hüquq müdafiəçisi deyib ki, həbsdə olan qadınların şəraitləri həddən artıq pisləşib. Son bir neçə ildə onların sayı 500-ü keçib: «Bu isə o deməkdir ki, yataqxanalarda yaşayış sahələri azalıb, münaqişələr artıb».

E.Zeynalov deyib ki, qadın və yeniyetmələrdən ötrü Kürdəxanı qəsəbəsində cəzaçəkmə müəssisəsi tikilir. Bundan sonra şəraitin dəyişəcəyinə ümid edir.

E.Zeynalov həbslərin artmasına səbəb kimi ölkədəki iqtisadi böhranı göstərir. Onun deməsinə görə, bəzi işsizlər kəndə qayıtmaqdansa şəhərdə qalıb cinayətlər törətməyə üstünlük verirlər: «Görünür, dələduzluq və oğurluq daha «cəlbedicidir». Odur ki, son illər dələduzluq, soyğun, oğurluq, sui-istifadə, rüşvət, vergidən yayınma kimi cinayətlər artıb».

Qadın
Qadın

UZUN ÖMÜRLÜLƏR DİYARI?

«Novoye Vremya» qəzetində «Uzun və xoşbəxt ömürdən ötrü şərait varmı?» sualına cavab axtarılır.

Yazıda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun ölkə əhalisinin ömrünün uzanması ilə bağlı martın 29-da səsləndirdiyi fikirlər dəyərləndirilir.

Müəllif xatırladır ki, parlament bu il ölkədə pensiya yaşını və iş stajını artırıb.

Yazıda nazirin açıqlamalarına açıq şübhə bildirilir: «Nazir bu statistikanı haradan götürür, aydın deyil. Amma necə olursa-olsun, bu bəyanatı ilə inandırmaq istəyir ki, pensiya yaşı çatmış adamların yaxşı həyat şəraitləri var. Ona görə də, orta ömür müddəti uzanıb».

Yazıda isə qeyd edilir ki, əksər pensiyaçıların aldıqları onların ehtiyaclarına çatmır: «Bütün xəstəliklər, eləcə də ölüm «cavanlaşıb». Görünür, bu, nazir S.Müslümovdan başqa hamıya aydındır. Əgər belə olmasa idi, nazir tələsik nəticələr çıxarmazdı. Bu yanaşma təhqirdir və onu başqa cür adlandırmaq olmaz».

Daha sonra müəllif parlamentin komitə sədri Hadı Rəcəblidən sitat gətirir. Onun bəzi insanların pensiyaya çıxmaq istəməmələri barədə parlamentə müraciət etmələrini deməsini xatırladır. Müəllifin yazmasına görə, əslində, bir çox insanlar pensiyaya çıxmaqdan ona görə imtina edirlər ki, onlara verilən pulla yaşamaq mümkün deyil.

Bina
Bina

MƏNZİL BAZARINDA CANLANMA

«Bizim Yol» qəzetində «Kirayə evlərə tələbat artıb...» sərlövhəli məqalə diqqəti çəkir.

Müəllif yazır ki, manatın dollara nisbətdə dəyər itirməsi tikinti materialları bazarında da kəskin qiymət artımına səbəb olub. İdxal olunan məhsullarla yanaşı, yerli istehsalın da qiymətində bahalaşma müşahidə olunur. Buna səbəb isə maya dəyərinin artmasıdır: «Satıcılar deyirlər ki, əvvəlki illərin payız-qış ayları ilə müqayisədə bazara gələn müştərilərin sayı azalıb».

Tikinti materialları bazarı ilə əlaqəli olan mənzil bazarında isə son zamanlar canlanma müşahidə olunur. Tələbatın artması nəticəsində qiymətlər bahalaşıb. Rieltorların sözlərinə görə, iyun ayına kimi qiymət artımı davam edəcək.

Rieltor Nicat Vəliyev qəzetə deyib ki, «Sovetski» adlanan ərazidə sovet dövründə tikilən köhnə binaların sökülməsi ilə əlaqədar kirayə evlərin bazarında da canlanma var. Onun sözlərinə görə, may-iyun aylarında qiymətlərin aşağı düşəcəyi gözlənilir: «Ötən illərdəki vəziyyəti nəzərə alaraq deyə bilərik ki, sentyabrın əvvəlində bazarda yenidən qiymət artımı müşahidə olunacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG