Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 23:18

İlham Əliyev: "bu məsələni mən qaldıriram"


İlham Əliyev , 28 mart 2017

O hansi məsələdir ki, prezident ona belə önəm verir?

"Qeyri-neft məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı bizim üçün indiki inkişaf mərhələmizdə əsas vəzifədir"- Bunu İlham Əliyev martın 28-də deyib.

“Biz bir neçə ölkədə artıq ticarət evləri yaradırıq. “Made in Azerbaijan” brendi artıq dünyaya yayılıbdır. İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır. Sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar. Onsuz da Azərbaycan dövləti bunu təşkil edir”.

Buna da bax:

Prezidentin önəm və dəstək verməyi yaxşı səslənir. Ancaq halva-halva deməklə ağız şirin olurmu? Azərbaycanixrac üçün lazım olanı edibmi ve ya edirmi? Eləixrac üçünmal-məhsul varmi, istehsal olunurmu? - bu da başqa problemdir

Yoxsa elə ümid yenə pambığa, tütünə, şərabadir? Bunların adını məhz İlham Əliyev eyni çıxışında çəkib.

İqtisadçı ekspert Qubad İbadoğlunun fikrincə Azərbaycanı məhsulları ilə, brendi ilə dünyada tanıtmaq üçün ilk növbədə rəqabət qabiliyyətli iqtisadiyyat qurmaq lazımdır. Onun sözlərinə görə bu gün dünya bazarında bilik iqtisadiyyatı üzərində qurulmuş məhsullara tələbat daha çox olduğu üçün Azərbaycan gərək bu barədə düşünsün.

Ekspert deyir ki, bazara girmək üçün yeni innovativ məhsullara ehtiyac var. Ancaq Qubad İbadoğlu təəssüflənir ki, həmin istiqamətdə Azərbaycanın görə biləcəyi işlər azdır. Ekspert bildirir ki, Azərbaycanın həmçinin kənd təsərrüfatı məhsulları ilə bazarlara çıxmaq imkanları olsa da həmin bazarlar sabit və əlverişli deyil.

Qubad İbadoğlu: " ilk növbədə rəqabət qabiliyyətli iqtisadiyyat qurmaq lazımdır"
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00
Direct-ə keçid

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə Azərbaycanın başqa çıxış yolu yoxdur. Onun sözlərinə görə qeyri-neft sektorunda istehsalı və ixracatı artırmaq mütləqdir. Ekspert bildirir ki, statistik məlumatlarsa göstərir ki, bu sahədə hələ ki ciddi irəliləyiş yoxdur.

Natiq Cəfərli deyir ki, Azərbaycanda kənd təsərrüfatının artımı və ixracatı üçün potensial olsa da ondan doğru-düzgün istifadə etmək lazımdır. Ekspert deyir ki, həmin potensialdan istifadə etməyin yollarından biri də odur ki, dövlət özü geri çəkilməklə fermerləri, istehsalçıları, ixracatçıları təşviq proqramları ilə dəstəkləyə bilər.

Natiq Cəfərli: "Azərbaycanın başqa çıxış yolu yoxdur"
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00
Direct-ə keçid

İqtisadçı ekspert Nazim Bəydəmirlinin sözlərinə görə Azərbaycan ekoloji təmiz kənd təsərrüfatı məhsullarını bazara çıxarmaq üçün yüksək potensiala malik olsa da bunun icra mexanizmlərində inzibati metodlara üstünlük verilir.

Ekspertin fikrincə belə inzibati metodlar isə vətəndaşları narazı salır. Nazim Bəydəmirli deyir ki, dövlət bazar alətləri ilə, subsidiyalarla bu sahəni inkişaf etdirə bilər. Ekspert deyir ki, əgər sovet dövründən qalmış metodlarla inkişafı artırmaq istəsələr bir nəticə verməyəcək.

Nazim Bəydəmirli: "əgər sovet dövründən qalmış metodlarla inkişafı artırmaq istəsələr..."
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG