Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 15:08

Ramin Hacılı: 'Evi qəsdən yandırıblar'


Ramin Hacılı

«Martın 29-u gecə, saat 2 radələrində əsasən anamın qaldığı vaqon ev yanıb. Xoşbəxtlikdən özü evdə olmayıb».

Bunu AzadlıqRadiosuna ictimai fəal Ramin Hacılı bildirib.

R.Hacılı deyir ki, 1993-cü ildə Füzuli rayonundan köçkün düşüblər. 1995-ci ildən həmin bu vaqon evə yerləşiblər: «Bu, Nizami rayonu, Elşən İsmayılov 137 ünvanda yerləşir. Vaqon evin ön hissəsində taxta artıma etdik, daşdan tikməyə icazə vermirdilər. Bu gecə evdə olmamışıq, onu yandırıblar».

R.Hacılı vaqon evin qəsdən yandırıldığı düşüncəsindədir: «Bahalı yerdir, bazarın arxasıdır. Görünür bu yol ilə bizi buradan qaçaq salmaqla nəsə tikmək istəyirlər, başqa hər hansı versiya ağlıma gəlmir».

R.Hacılı deyir ki, hadisə ilə bağlı daxili işlər, fövqəladə hallar nazirliklərini və 24 saylı polis bölməsini məlumatlandırıb. Həmin qurumların təmsilçiləri hadisə yerində olublar.

Ramin Hacılı deyib ki, 2 ildir ailə qurub. Özü başqa ünvanda kirayə yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG