Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 19:22

Polşa Ukraynadakı konsulluğunun atşə tutulmasını terror adlandırıb


Foto arxiv

Polşanın Ukraynadakı baş konsulluğunun binası atşə tutulub.

İnsident martın 29-u saat 00:30 radələrində ölkənin şimal-qərbindəki Lutsk şəhərində baş verib.

Bu barədə Lenta.ru volyn24.com saytına istinadla xəbər verir.

Konsul Kşiştof Savitski volyn24.com portalına bunun terror aktı olduğunu deyib.

Portalın məlumatına görə, binanın damı arxa küçə tərədən dağılıb, həmin yerin altındakı pəncərə isə sınıb və görünür hədəf məhz həmin pəncərə olub.

Dəlikdən belə çıxır ki, binanı qumbaraatan və ya hansısa ciddi silahdan atəşə tutublar.

Atəş vaxtı binanın həmin hissəsində heç kim olmayıb.

Konsulun ailəsi binanın başqa küncündə, mühavizəçilərsə bir mərtəbə aşağıda yaşayır.

Vitse-konsul Kşiştof Savitski faktı təsdiqləyib və heç kimə xəsarət dəymədiyini bildirib.

İstintaq gedir.

Ukraynanın xarici işlər naziri Pavel Klimkin Polşa konsulluğunun atəşə tutulmasını “alçaqlıq” adalandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG