Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:44

Rusiya üzrə ekspert Ağ evdə vəzifəyə keçir


Fiona Hill

Rusiya və prezident Vladimir Putin üzrə təhlilçi Fiona Hill Ağ evdə vəzifəyə keçir. «The Washington Post» qəzeti yazır ki, o, Ağ evin Milli Təhlükəsizlik Şurasında Avropa və Rusiya üzrə baş direktor olacaq.

Qəzet bunu martın 28-də adı çəkilməyən rəsmilərə istinadla yazıb və Ağ evdən də şərh gəlməyib. Media hələ martın əvvəlində yazırdı ki, prezident Donald Trump Hill-i həmin vəzifəyə qoyacaq, amma onda da məlumat təsdiqlənməmişdi.

Hill Vaşinqtondakı Brukinqs İnstitutunun aparıcı əməkdaşıdır.

2006-2009-cu illərdə Milli Kəşfiyyat Şurasında Rusiya və Avrasiya üzrə çalışıb. O, «Putin: Kremldəki əməliyyatçı» kitabının müəllifidir. Həmin kitabda o, Putin-in Rusiya və öz mövqeyini müdafiə etməkdən ötrü şantaj, qorxutma, cəza və həqiqətin kobud təhrifinə əl atdığını yazır.

Trump seçki kampaniyası zamanı Putin-dən rəğbətlə danışıb, Rusiyayla əlaqələri yaxşılaşdırmağa ümid etdiyini bildirir. Amma administrasiya rəsmiləri yanvarda iş başına keçəndən daha sərt mövqe tutublar, əməkdaşlığın sıxlaşdırılmasıyla bağlı elə bir konkret addım da atılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG