Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 07:21

Gürcülər AB ölkələrinə vizasız səyahət edir


Gürcülər kütləvi şəkildə Avropaya axın edəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Gürcülər kütləvi şəkildə Avropaya axın edəcəkmi?

Martın 28-dən Gürcüstan vətəndaşları Avropa Birliyinin əksər ölkələrinə biometrik pasportlarla, vizasız səyahətə başlayırlar.

Gürcüstan bu günü illərdir gözləyir. Avropa Komissiyası 2015-ci ilin dekabrında Gürcüstana viza məhdudiyyətlərinin qaldırılmasını tövsiyə etsə də, AB üzvləri arasında danışıqlar çətin keçib.

Viza rejiminin liberallaşdırılması üzrə danışıqlara paralel olaraq Avropa Parlamenti ilə Avropa Birliyi Şurası vizasız gediş-gəlişin mümkün dayandırılması mexanizmini də müzakirə edib və bu, prosesi yavaşıdıb. Bu mexanizm də martın 28-dən qüvvəyə minir.

Gürcüstanlılar, Britaniya və İrlandiyanı çıxmaqla, bütün AB ölkələrinə, habelə Şengen zonasına daxil olmayan Norveç, İslandiya, Lixtenşteyn və İsveçrəyə vizasız gedib-gələ biləcəklər.

Gazeta.ru-nun Ria Novosti-yə istinadla verdiyi məlumata görə Gürcüstanın xarici işlər nazirliyi bildirib ki, bu rejimdən yeni biometrik Gürcüstan pasportu olan separatçı Abxaziya və Cənubi Osetiya sakinləri də istifadə edə bilərlər.

Gürcüstanın baş naziri Giorgi Kvirikashvili Twitter-də yazıb ki, «Gürcüstan Avropa ailəsinə qayıdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG