Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 09:04

Rusiya məhkəməsi Yatsenyuk-un həbsinə order verib


Arseniy Yatsenyuk

Rusiyanın Yesentuki şəhərində bələdiyyə məhkəməsi Ukraynanın keçmiş baş naziri Arseniy Yatsenyuk-un həbsinə dair order verib.

Məhkəmənin martın 27-də yaydığı bəyanatda deyilir ki, Yatsenyuk-un həbsiylə bağlı beynəlxalq order fevralın 21-dən qüvvədədir.

Rusiya onu 1990-cı illərin ortalarında Çeçenistanda silahlı qruplaşma tərkibində Rusiya əsgərlərinə qarşı vuruşmaqda ittiham edir.

Yatsenyuk martın 27-də Facebook-da yazıb ki, Ukrayna hökuməti onu həmin orderlə bağlı bilgiləndirib. O, ittihamları rədd edib, deyib ki, «nifrət və total absurdluq Rusiya prezidenti Vladimir Putin rejiminin əsasında durur».

2015-ci ilin sentyabrında Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrykin Yatsenyuk-u Çeçenistanda vuruşmaqda, Rusiya əsgərlərinə işgəncə verməkdə, onları edam etməkdə suçlayıb. O zaman Yatsenyuk-un sözçüsü demişdi ki, Rusiya rəsmiləri başlarını yoxlatmalıdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG