Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 13:46

ABŞ Senatı Monteneqronun NATO-ya üzvlüyünü dəstəkləyib. Martın 27-də keçirilən səsvermədə senatorlar 97-2 səs çoxluğuyla bu həftə bu Balkan ölkəsinin NATO üzvlüyünün ratifikasiyası üzrə səsvermənin keçirilməsinə razılıq veriblər. Əslində, bundan ötrü səslərin üçdə ikisi gərəkdi.

İki respublikaçı senator – Rand Paul və Mike Lee məsələnin əleyhinə çıxıb.

Yekun səsverməni Konqresin yuxarı palatası keçirəcək.

Bundan sonra Monteneqronun xahişini dəstəkləmək növbəsi İspaniyanındır. Rəsmi üzvlüyün gerçəkləməsindən ötrü alyansın 28 üzvü ona səs verməlidir.

Moskva Monteneqronun alyansa qoşulmasına qarşı çıxır. Ötən il bu ölkədəki çevriliş cəhdini də yerli deputatlar Moskvanın üstünə yıxdılar, onun Monteneqronun NATO-ya üzvlüyünü əngəlləməyə çalışdığını bildirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG