Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:30

Müsəlman qadınlar Londonda aksiya keçirdilər


Westminster körpüsü. London.
Westminster körpüsü. London.

Müsəlman qadınlar martın 26-da Vestminster körpüsündə əl-ələ tutaraq ötən həftə törədilən terror qurbanlarının xatirəsini anıblar.

CNN-nin məlumatına görə, əksəriyyəti mavi rəngli baş örtüyündə olan aksiyaçılar 5 dəqiqəlik sükut elan ediblər.

Qeyd edək ki, mavi rəng sülh rəmzidir.

Aksiyaya xeyli qadın qoşulub.

Xatırladaq ki, Khalid Masud adlı radikal islamçı martın 22-də parlamentin binasında 1 polisi bıçaqlayıb, körpüdə avtomobili insanların üzərinə sürüb. Nəticədə 4 nəfər ölüb, onlarla adam yaralanıb.

Həmçinin hücum edən təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Aksiya, həmin insidentdən sonra körpüdən keçən başıbağlı bir qadının şəklinin sosial şəbəkələrdə görünməmiş sürətlə yayılmasından sonra keçirilib.

Şəkildə qadın körpüdə yerə yıxılmış şəxsə köməklik göstərənlərin yanından keçir və əlində mobil telefon var.

Bir sıra sosial şəbəkə istifadəçiləri bunu həmin qadının ölənlərə biganə münasibəti kimi qələmə veriblər.

Sonradan fotoqraf bildirib ki, həmin qadın əslində terror aktından sonra şokda olub.

Xatırladaq ki, martın 22-də törədilən həmin hücuma görə cavabdehliyi “İslam dövləti” qrupu üzərinə götürüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG