Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 04:48

Külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin önləndiyi bildirilir.

Bununla bağlı bu gün, martın 27-si Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, martın 19-u saat 21:48 radələrində Cəlilabad rayonunun Bayxanlı kəndi ərazisində İrandan iki nəfər şəxs Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərib.

«Təqib olunan sərhəd pozucuları sərhəd naryadının «dayan» çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq, üzərilərində olan qaçaqmalı ataraq, havanın qaranlıq olmasından istifadə edərək geriyə qaçmağa müvəffəq olublar. Xidməti ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 546 konvolyut «T-DOOL», 300 konvolyut «Pregabalin», 930 konvolyut «FOX DOL», 30 konvolyut «Methadone», 500 konvolyut “»T-DOLL 200 ml», 1000 ədəd «Mydrax» markalı psixotrop preparatları və 15 qram tiryək aşkar olunaraq götürülüb»,-deyə məlumatda qeyd edilir.

DSX bildirir ki, sərhəd pozucularının şəxsiyyətlərinin müəyyən edilərək saxlanılması məqsədilə qarşı tərəf məlumatlandırılıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG