Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 20:48

Türkiyədə miqrantları aparan qayıq batıb, azı 12 nəfərin öldüyü bildirilir


Foto arxiv

Türkiyənin Egey sahillərində plastik qayığın batması nəticəsində 12 miqrant ölüb, 4-ü isə itkin düşüb.

Bu barədə Türkiyənin "Milliyet" qəzeti məlumat yayıb.

Qəza martın 24-də Quşadasının sahilində baş verib,qayıqda 22 qaçqın olub.

Türkiyənin sahil mühavizə qüvvələr 7 nəfəri xilas edib, qalan 4 nəfərinsə axtarışı gedir.

BMT-nin qaçqınlar üzrə idarəsinin məlumatına görə, təkcə bu il Türkiyədən Yunanıstana 3 629 min qaçqın keçib, Yunanıstan adalarına isə hər gün təxminən 60 miqrant gəlir.

2016-cı ildə ümumilikdə Yunanıstana 173 min qaçqın keçib ki, onların əksəriyyəti suriyalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG