Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 04:52

Keçmiş deputatın qatili xəstəxanada keçindi


Foto arxiv

Ukraynanın “Obozrevatel” qəzeti Rusiya Dövlət Duması-nın keçmiş deputatı Denis Voronenkovun qatilinin şəklini və adını açıqlayıb.

Mənbənin yazdığına görə, keçmiş deputatı 28 yaşlı Pavel Parshov güllələyib.

O, Ukraynada qanunsuz sahibkarlıqla məşğul olmaq və cinayət yolu ilə əldə edilən gəlirləri qanuniləşdirməkdə ittiham olunurmuş. Parshov axtarışda imiş.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Gerashenko bundan əvvəl qatilin ukraynalı olduğunu və milli qvardiyada xidmət etdiyini bildirmişdi.

Denis Voronenkov martın 23-də Kiyevin mərkəzində öldürülüb.

Məlumata görə onun cangüdəni Pavel Parshovu yaralayıb və o bir qədər sonra xəstəxanada keçinib.

Voronenkov ötən ilin sonlarında Rusiyadan Ukraynaya gəlib və bu ölkənin vətəndaşlığını alıb.

Keçmiş deputat Moskvada qanunsuz yolla bir binanı mənimsəməkdə şübhəli bilinirdi.

Buna da bax. Kiyevdə keçmiş rusiyalı deputat öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG