Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 04:16

Çeçenistanda 6 hərbçi, 6 yaraqlı ölüb


Çeçenistanda hərbçilər.

Çeçenistanda hərbi hissəyə hücum zamanı Rusiyanın 6 Milli Qvardiya əsgəri və altı yaraqlı öldürülüb.

Bu barədə Rusiyanın xəbər agentlikləri yazıb.

Məlumatlara görə, bir qrup yaraqlı martın 24-də gecə qatı dumanda hərbi hissəyə girməyə çalışıblar.

TASS agentliyi yaralıların da olduğunu bildirir.

Milli Qvardiya qüvvələrindən adı çəkilməyən təmsilçi yaraqlıların hərbi hissəyə girə bilmədiyini deyib.

Bir müddətdir Çeçenistanda bu qədər böyük itkiylə nəticələnən döyüş olmayıb.

Sovet İttifaqı dağılandan bu Şimali Qafqaz regionunda hökumət qüvvələriylə separatçılar arasında iki müharibə baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG