Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 00:50

Ukraynanın Xarkov şəhəri yaxınlığında sursat anbarı alışıb və bir neçə ardıcıl partlayış baş verib. Yaxınlıqda yaşayan minlərlə sakin köçürülüb.

Prezident Petro Poroshenko martın 23-də hadisədə Rusiyanın barmağının olduğunu deyib. Dünən Rusiya hökumətini tənqid edən keçmiş rusiyalı deputat Kiyevin mərkəzində öldürülüb. Poroshenko iki hadisənin eyni gündə baş verməsinin təsadüfi olmadığını söyləyib.

Yanğın Xarkov yaxınlığındakı Balakliya bazasının deposunda baş verib. Bu baza hökumət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçıların münaqişə xəttinin 100 kilometrliyində yerləşir.

Martın 23-də axşamadək deponun 20 kilometrlik radiusunda yaşayan 20 minədək sakin köçürülüb. Bir qadının ağır yaralandığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG